Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-07-2023 , 15:45

11167

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “Hansısa bir formada  rəsmi mənbəyə söykənməyən məlumatın yayılması Şağan bələdiyyəsinin nüfuzuna xələl gətirir”


“Şağan bələdiyyəsinin sədri, həmçinin bir ziyalı xanım olaraq ictimaiyyət arasında yetərli nüfuza malik olduğum üçün dünəndən etibarən barəmdə yayılan yalnış məlumatlara aydınlıq gətirməyi özümə borc bildim”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Sevinc Atayeva bildirib.

Sevinc Atayeva  bildirib ki, sədr vəzifəsində çalışdığım bir il müddətində  Şağan bələdiyyəsində bəzi problemlərin olduğunu aydınlaşdırdım. Bunlardan ən əsası saxta müqavilələrin aşkarlanması oldu. Bununla əlaqədar gördüyüm işlərin nəticəsində idarədə uzun illər çalışan işçilərindən üç nəfəri işdən azad olundu. Bunlardan birinə inzibati qaydada  Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən Şağan bələdiyyəsinin 19.10.2022-ci il tarixli, 19 saylı Əmr ilə  töhmət verilib.

Bələdiyyədə təmizləmə işləri apardığımız, vergi yığımını 10 qat artırdığımız,  Şağan bələdiyyəsinin ötən illərdən yığılıb qalmış DSMF-na qalan  12.000 manat  borcunun tam şəkildə ödənməsi, bununla da bələdiyyənin son on ildə ilk dəfə olaraq bank hesabının açılması məhz bizim kollektivin birgə fəaliyyətinin uğurlu nəticəsi hesab edilməlidir.

İstənilən məlumatın dəqiqləşdirilməsi daha məqsədəuyğun olardı. Hansısa bir formada  rəsmi mənbəyə söykənməyən məlumatın yayılması Şağan bələdiyyəsinin, o cümlədən mənimdə yeni seçilmiş  sədr olaraq nüfuzuna xələl gətirir.

Media təmsilçilərindən bu məsələləri diqqətdə saxlamalarını xahiş edərdim.

Belediyye.info

Rəylər

6 Rəy

Leman

19-07-2023, 2 il əvvəl

Ela aciqlamadir. Biz sizi durust bir insan kimi taniyiriq ve her zaman da siz isinizi duzgun edirsiniz.

Cavabla

Suleimanova Gülüstan

19-07-2023, 2 il əvvəl

Biz sizinle fexr edirik ve size ve kolektivinize daim uğurlar arzulayırığ Çox sevinirik ki sizin kimi doğru dürüst Belediyye başçımız var

Cavabla

Fəridə əlimuradova

19-07-2023, 2 il əvvəl

Allah köməyiniz olsun! Həqiqət öz yerini tapacaq, qönlünüzü farah tutun!

Cavabla

Elsen Ceferov

19-07-2023, 2 il əvvəl

Hər şeyə inanmaq olmaz. Sizin uğurunuzu qısqandığları üçün belə çirkin əmələ əl atırlar. Hər zaman sevilirsiz sevinc müəllimə. Çox şükür ki, hesab da açıldı.

Cavabla

Elmar Teymurov

20-07-2023, 2 il əvvəl

Men bir muharibe iştirakcisi qazi olaraq hem sizinle fexr edirem hemde sonuna kimi sizin yaninizdayam neceki siz herzaman döyüşen uşaqlarin yaninda olmusuz siz heqiqeten cox gözel insansiz

Cavabla

Məlahət Əhmədova

24-07-2023, 2 il əvvəl

Sizə halaldı dəyərli insan.hər işin ən gözəlinə layiqsiniz. Həmişə yanınızdayıq.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
353

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
727

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
576

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
701